BAKI, 14 iyun. TELEQRAF

İngiltərə Premyer Liqasının son çempionu “Arsenal” heyətini “Yuventus”un türkiyəli futbolçusu Kenan Yıldızla gücləndirmək istəyir.

Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, DÇ-2026 səbəbindən klublar arasında danışıqlar hələ başlamayıb.

Məlumata görə, “Arsenal” Türkiyə millisinin üzvünü transfer siyahısına daxil edib. London təmsilçisinin Kenan üçün təxminən 100 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Digər tərəfdən, “Yuventus”un 21 yaşlı futbolçunu satmaq niyyətində olmadığı və onu komandanın əsas fiqurlarından biri hesab etdiyi vurğulanır.

Qeyd edək ki, Yıldız ötən mövsüm “Yuventus”un heyətində 47 rəsmi matçda meydana çıxıb, 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.