BAKI, 10 iyun. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsinə dair hələlik dəqiq razılıq yoxdur.
Teleqraf xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
D.Peskov qeyd edib ki, müvafiq qərarlar Ermənistandakı parlament seçkiləri kampaniyasının tam başa çatmasından və nəticələrin rəsmiləşməsindən asılı olaraq qəbul ediləcək.