BAKI, 9 iyun. TELEQRAF

Hindistan hakimiyyəti potensial milli təhlükəsizlik təhdidi səbəbindən ölkədə Amerika peyk internet xidməti "Starlink"dən istifadə üçün icazələri dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, bu qərara ABŞ və İsrailin İrana hücumu nəticəsində yaranan hərbi münaqişədə İlon Maskın "SpaceX" şirkətinə məxsus peyk terminallarından aktiv istifadə olunması barədə narahatlıqlar səbəb olub. Yeni Dehli kəskin geosiyasi gərginlik şəraitində ABŞ operatorunun fəaliyyətinə nəzarət etməyin çətin olacağından ehtiyat edir.