BAKI, 8 iyun. TELEQRAF
Çin sədri Si Cinpin və Şimali Koreya lideri Kim Çen In yeni dövrdə ikitərəfli münasibətlərin inkişafı üçün mühüm razılığa gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə "Sinxua" Agentliyi Çin liderinin Şimali Koreyaya səfəri zamanı qarşılanma mərasimindən sonra məlumat yayıb.
"Bu səfər zamanı Baş katib Kim Çen Inla mühüm razılığa gəldik", - deyə Si Cinpin bildirib.
O, əlavə edib ki, tərəflər sosializmin strateji perspektivində irəliləməyi, yüksək səviyyəli əlaqələri gücləndirməyi, strateji qarşılıqlı əlaqəni dərinləşdirməyi, praktiki əməkdaşlığı genişləndirməyi və iki ölkə xalqları arasında əlaqələri inkişaf etdirməyi razılaşdırıblar.
Kim Çen In öz növbəsində bildirib ki, Si Cinpinlə yeni görüşü dəyişən beynəlxalq vəziyyəti nəzərə alaraq mühüm razılaşmalar əldə etməyə imkan verib.
Qeyd edək ki, qarşılama mərasimi bu gün Pxenyanın Mokran zalında keçirilib.