BAKI, 8 iyun. TELEQRAF
İran hərbi komandanlığı İsraili mümkün cavab hücumlarından çəkinməyə çağırıb.
Teleqraf xəbər verir ki, İran tərəfi bəyan edib ki, İsrail Tehranın son hücumlarına cavab verəcəyi təqdirdə daha genişmiqyaslı və daha güclü zərbələrlə üzləşəcək.
İran komandanlığının açıqlamasında bildirilib ki, İsrailin mümkün cavab əməliyyatları regionda gərginliyin daha da artmasına səbəb olacaq.
Hazırda hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.