BAKI, 11 noyabr. TELEQRAF

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxanların təsdiqlənmiş sayı 11 mini ötüb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi ölkənin rəsmi statistikasına istinadən məlumat yayıb.

Məlumata görə, virus nəticəsində həyatını itirənlərin sayı 5,4 minə yaxınlaşıb.

2026-cı ilin mayından davam edən epidemiya ölkə tarixində 17-ci Ebola epidemiyası olmaqla yanaşı, ən çox insan itkisinə səbəb olan epidemiya kimi qiymətləndirilir.

Ölkənin şərq vilayətlərində davam edən silahlı qarşıdurmalar və əhalinin səhiyyə qurumlarına etimadsızlığı tibbi yardımın göstərilməsini, eləcə də virusun yayılmasının qarşısının alınması tədbirlərini ciddi şəkildə çətinləşdirir.