BAKI, 11 noyabr. TELEQRAF

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində avtomobilin piyadaları vurması nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər ağır yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Los-Anceles Yanğından Mühafizə Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 3 nəfər yerindəcə həyatını itirib.

“Hadisə yerində üç nəfərin öldüyü müəyyən edilib. Yanğından Mühafizə Xidmətinin tibb briqadaları vəziyyəti kritik olan azı üç yaralını yerli xəstəxanalara çatdırır”, – məlumatda qeyd olunub.

Avtomobilin piyadaları hansı şəraitdə vurduğu hələlik məlum deyil.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.