BAKI, 3 iyun. TELEQRAF
"İrana qarşı boş təhdidlər dövrü bitib və istənilən təcavüzə qətiyyətli cavab veriləcək".
Teleqraf xəbər verir ki, bu barədə İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İranın dini lideri Ayətullah Ruhullah Xomeyninin vəfatının ildönümü münasibətilə paylaşdığı yazısında qeyd edib.
Qalibaf Xomeyninin İran xalqına zülm qarşısında geri çəkilməməyi öyrətdiyini vurğulayıb: "İstənilən təcavüz aktı qətiyyətli, təəssüf doğuran və müvafiq cavabla qarşılanacaq. ABŞ və sionist rejimi ilə münaqişədə İrana qarşı boş təhdidlər dövrü bitib".