BAKI, 3 iyun. TELEQRAF

İsrail Beyruta hücum edərsə, İran silahlı qüvvələri ona zərbə endirməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib.

"İranın bu müharibədəki hərbi imkanları aydın oldu. İsrail Beyruta hücum edəcəyi təqdirdə İranın qətiyyətli cavabı ilə üzləşəcəyinə heç bir şübhə etməməlidir" - Əraqçi qeyd edib.

XİN rəhbəri onu da bildirib ki, İran və ABŞ əlaqələri kəsməyib. Hər iki tərəf əvvəllər mübadilə etdikləri mətnləri öyrənirlər.