BAKI, 29 may. TELEQRAF
Ermənistan rəhbərliyi və xalqı Avrasiya İqtisadi Birliyi (AİB) ilə Avropa İttifaqı arasında seçim edərkən nə gəlir və itkilərini götür-qoy etməlidir.
Teleqraf BelTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib .
“Ermənistan rəhbərliyi və xüsusən də Ermənistan xalqı nə qazanacağını və nə itirəcəyini anlamalıdır. Rusiya Prezidenti Vladimir Putin bunu bir daha ətraflı izah edəcək. Rusiyalı mütəxəssislər Ermənistanın hazırda üzvü olduğu Avrasiya İttifaqından imtina edib Avropa İttifaqına qoşulmağın nə demək olduğunu İrəvana izah edəcəklər” - Lukaşenko qeyd edib
Bundan əvvəl Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri birgə bəyanat yayaraq Ermənistanı Aİ və ya AİB ilə bağlı tezliklə seçim etməyə çağırıblar.