BAKI, 29 may. TELEQRAF

Avropa Komissiyası Macarıstanın yeni hökuməti üçün 14,2 milyard avro ayırmağa hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Brüsseldə Macarıstanın yeni Baş naziri Peter Magyar ilə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, tezliklə elm, təhsil və mədəniyyət sahələrinə əlavə 2,2 milyard avro vəsait ayrıla bilər. Von der Leyen əlavə edib ki, bu, əsasən Avropa elmi mübadilə proqramı Erasmusla bağlıdır.

Fon der Leyenin sözlərinə görə, Avropa Komissiyası və Macarıstan hökuməti artıq Brüsselin Budapeştdən tələb etdiyi islahatlara, ilk növbədə korrupsiyaya qarşı mübarizəyə başlayıblar.