BAKI, 29 may. TELEQRAF

Rusiyanın Rumıniyadakı Baş Konsulluğunun bağlanmasına və baş konsul Andrey Kosilinin arzuolunmaz şəxs elan edilməsinə qarşı Rusiyanın cavab tədbirləri özünü çox gözlətməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a bildirib:

"Rusiya baş konsulunun persona non qrata elan edilməsi və baş konsulluğun bağlanması ilə əlaqədar cavab tədbirləri özünü çox gözlətməyəcək".