BAKI, 29 may. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian Avrasiya İqtisadi Birliyinə (AİB) sanksiyalara qarşı müstəqil maliyyə mexanizmi yaratmağı təklif edib

Teleqraf "Mehr" agentliyinə istinadən xəbər verir ki, Pezeşkian AİB İranın iqtisadi diplomatiyasında xüsusi yer tutur: "Avrasiya ilə azad ticarət müqaviləsinin qüvvəyə minməsindən keçən bir il ərzində unikal imkanlar yaradılıb. Son bir ildə baş verən iki məcburi müharibəyə baxmayaraq, İran Avrasiya İttifaqının işində fəal iştirakını davam etdirib. Mədəni və coğrafi ortaqlıqlar region xalqlarının inkişaf yolunu asanlaşdırır".