BAKI, 29 may. TELEQRAF

Nayrobi Ali Məhkəməsi ABŞ-la razılaşma çərçivəsində Ebola xəstələri üçün karantin mərkəzinin yaradılması planlarını dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə "Kenyans" portalı məhkəmə qərarına istinadən məlumat yayıb.

Məhkəmə Keniyanın Katiba İnstitutunun insan haqları təşkilatının müraciəti əsasında müvafiq qərar qəbul edib. Fəallar mərkəzin ictimai təhlükəsizliyə təhlükə yarada biləcəyini düşünürlər.

Portalın məlumatına görə, Keniya hakimiyyəti əvvəllər Laikipia qraflığında karantin mərkəzinin yaradılmasını təsdiqləyib. Mərkəzin bir həftə ərzində fəaliyyətə başlaması gözlənilirdi. Birinci mərhələdə mərkəzdə 50 çarpayılıq, gələcəkdə 250 çarpayılıq yer nəzərdə tutulurdu. Mərkəzdə ABŞ-dakı Endryus hərbi bazasında təhsil alan amerikalı həkimlər tibbi xidmət göstərəcəklərdi.