BAKI, 29 may. TELEQRAF
İran və ABŞ arasında münaqişənin həlli ilə bağlı razılaşma layihəsinin mətni son günlərdə dəyişikliklərə məruz qalıb və hələlik yekunlaşdırılmayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyinin mənbəyə istinadən məlumat verir.
Onun sözlərinə görə, mətn hələ təsdiqlənməyib və bu səbəbdən Qərb mediasının sazişin ilkin versiyası kimi dərc etikləri qeyri-dəqiqdir.
Agentliyin mənbəyi izah edib ki, son bir neçə gündə memorandumun mətnində bəzi dəyişikliklər edilib.