BAKI, 29 may. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının (Aİİ) fəaliyyətinin yenidən nəzərdən keçirilməsini tələb edib.

Teleqraf xəbər verir ki, o, bu barədə Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibli iclasında çıxışı zamanı bildirib.

Belarus liderinin sözlərinə görə, ittifaqa daxil olan ölkələr fəaliyyətə mane olan hər şeydən imtina etməli və qurumun səmərəliliyini artırmalıdırlar. Dövlət başçısı vurğulayıb ki, həm mövcud üzvlər, həm də ittifaqa yeni qoşulmaq istəyən dövlətlər bu iştirakdan nə qazanacaqlarını aydın şəkildə görməlidirlər. Bunun üçün isə hər bir üzv ölkə müəyyən dərəcədə öz şəxsi maraqlarından güzəştə getməlidir.

A.Lukaşenko xəbərdarlıq edib ki, əgər qurum daxilində real addımlar atılmasa, təşkilat Mayakovskinin dediyi kimi, sadəcə "boş-boş iclaslar keçirən" və heç bir nəticəsi olmayan adi bir danışıq klubuna çevriləcək.