BAKI, 29 may. TELEQRAF
Macarıstan Prezidenti Tamaş Şujok ölkənin yeni Baş naziri Peter Magyarın tələbi ilə istefa verməkdən imtina edib.
Teleqraf xəbər verir ki, Macarıstan Prezidenti Venesiya Komissiyasından aralarında yaranan münaqişəyə hüquqi qiymət verilməsini istəyib:
"Siyasi səbəblərə görə dövlət başçısının vəzifədən kənarlaşdırılması çağırışları mövcud konstitusiya quruluşuna ziddir. Bu da Prezident institutunun konstitusiya fəaliyyətinə və səlahiyyətlərinə mənfi təsir göstərir. Şuyok mövcud vəziyyəti qiymətləndirmək və Avropa konstitusiya dəyərlərini nəzərə almaqla mübahisəli vəziyyətin həlli üçün Avropa Şurasının məsləhət orqanı olan Venesiya Komissiyasına müraciət edib".
Magyar Macarıstan prezidentini mayın 31-nə qədər könüllü olaraq istefa verməyə çağırıb. Yeni baş nazir hesab edir ki, Şuyokun vəzifədə qalmaq hüququ yoxdur, çünki o, məsuliyyətlərinə baxmayaraq, Viktor Orbanın rəhbərlik etdiyi əvvəlki hökumətin son illərdə siyasi, sosial və maliyyə məsələlərində törətdiyi sui-istifadə hallarının qarşısını ala bilməyib.