BAKI, 29 may. TELEQRAF

Mayın 28-də Qara dənizdə Türkiyəyə məxsus yük gəmisinə pilotsuz təyyarə hücumu nəticəsində iki nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib:

"Vanuatu bayrağı altında üzən və Ukraynanın Odesa limanından Türkiyəyə quru yük daşıyan Türkiyəyə məxsus gəmi dünən gecə pilotsuz təyyarənin hücumuna məruz qalıb. Gəmidə olan iki vətəndaşımız yüngül xəsarət alıb. Odessadakı Baş Konsulluğumuz gəmidəki vətəndaşlarımızla bağlı vəziyyəti yaxından izləyir. Maraqlı tərəflərə müharibənin nəzarətsiz şəkildə şiddətlənməsinə səbəb ola biləcək addımlardan çəkinmələri barədə xəbərdarlıq edirik. Qara dənizdə mülki gəmiçiliyin təhlükəsizliyini təmin etmək və müharibəyə danışıqlar yolu ilə son qoyulması yönündə çağırışlarımız qüvvədə qalır”, - deyə bəyanatda vurğulanıb.