BAKI, 29 may. TELEQRAF

Ukrayna və Avropa ölkələri ukraynalıların evlərinə qaytarılması proqramı üzərində işləyirlər.

Teleqraf xəbər verir ki, bunu Ukraynanın Dövlət Miqrasiya Xidmətinin rəhbəri Natalya Naumenko deyib:

"Bu gün bir çox avropalı siyasətçilərlə danışıqlar aparırıq və ukraynalıların ölkələrinə geri qayıtması yollarını araşdırırıq. Vətəndaşlarımızı geri qaytarmağı bizim üçün vacibdir" - deyə, o bildirib.

Ukrayna müstəqillik əldə etdikdən sonra ciddi demoqrafik problemlər yaşayır. Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun hesablamalarına görə, hazırda Kiyevin nəzarətində olan ərazilərdə 25-28 milyon insan yaşayır.

Qurumun direktoru əvvəllər bəyan etmişdi ki, respublika 52 milyona yaxın insanın yaşadığı sovet səviyyəsinə qayıtmayacaq.