BAKI, 29 may. TELEQRAF

“Rusiya Ukrayna şəhərlərinə və icmalarına yeni kütləvi zərbələr hazırlayır”.

"Report" xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Avstriyanın Federal Kansleri Kristian Ştoker ilə telefon danışığı zamanı deyib.

V.Zelenski bildirib ki, kəşfiyyatın əldə etdiyi son məlumatları avstriyalı həmkarının diqqətinə çatdırıb. Ukrayna lideri Rusiyanın hava hücumlarına qarşı tərəfdaş ölkələrin birgə cavab verməsinin, xüsusən də Ukraynaya antiballistik müdafiə sistemlərinin tədarükünün hazırda həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Telefon danışığı zamanı tərəflər həmçinin Ukraynanın Avropa İttifaqına inteqrasiyası prosesini də müzakirə ediblər. Prezident

Xatırladaq ki, mayın 24-də Rusiyanın Kiyevə təşkil etdiyi son kütləvi hücum zamanı 90 raket və 600 PUA-dan istifadə olunub. Hadisə nəticəsində 3 nəfər həlak olub, 92 sakin isə yaralanıb. Şəhərdə 150-si yaşayış binası olmaqla, ümumilikdə 300-ə yaxın obyektə ciddi ziyan dəyib.