BAKI, 29 may. TELEQRAF

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında İtaliya yığması ilə üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, “Tipos Arena”da baş tutan qarşılaşma Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmamızın heyətində Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə fərqləniblər.

Bu nəticədən sonra F qrupunda 6 xalla liderliyə yüksələn Azərbaycan millisi pley-off mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, millimiz ilk oyunda Avstriyanı 1:0 hesabı ilə məğlub etmişdi. Azərbaycan millisi mayın 30-da Fransa ilə qarşılaşacaq.