BAKI, 29 may. TELEQRAF

Ukraynanın Polşadakı səfiri Vasili Bodnar Volodimir Zelenskinin Silahlı Qüvvələrə UPA (Ukrayna millətçilərinin təşkilatı, Ukrayna millətçi partizan birliyi) qəhrəmanlarının adının verilməsi qərarı ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Macey Vievurun sözlərinə görə, Ukrayna səfirinə Rəsmi Varşavanın məyusluğu ifadə edilib.

Səfirin çağırılması faktını Ukraynanın Varşavadakı diplomatik nümayəndəliyi də təsdiqləyib. Səfirlikdən bildiriblər ki, Polşa Xarici İşlər Nazirliyi Ukraynanın Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələri bölmələrindən birinə belə bir fəxri adın verməsi qərarından narahatlığını dilə gətirib.

Bundan əvvəl Polşa prezidenti Karol Navroçki Zelenskinin respublikanın ən yüksək dövlət mükafatı - Ağ Qartal ordenindən məhrum edilməsini təklif etmişdi. Buna səbəb Ukrayna prezidentinin Bandera tərəfdarlarını əbədiləşdirmək qərarlarıdır.