YEVLAX, 29 may. TELEQRAF
Futbol üzrə Azərbaycan II Liqasının 2026/2027 mövsümü üçün bütün iştirakçılar müəyyənləşib.
Teleqraf xəbər verir ki, II Liqanı 11-ci pillədə başa vuran “Ağstafa Gəncləri” pley-off matçında Region Liqasının üçüncüsü “Biləsuvar”la üz-üzə gəlib.
Yevlax şəhər stadionunda keçirilən qarşılaşma Ağstafa təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi oyunda qolları Əli Bağırov (9), Adil Tağıyev (45+2) və Eltac Hüseynov (47) vurublar.