YEVLAX, 29 may. TELEQRAF

Futbol üzrə Azərbaycan II Liqasının pley-off matçında keçirilən “Biləsuvar” - “Ağstafa Gəncləri” oyunundan sonra insident yaşanıb.

Teleqraf xəbər verir ki, Biləsuvar azarkeşləri 0:3 hesablı məğlubiyyətdən sonra futbolçuların ünvanına xoşagəlməz ifadələr səsləndiriblər.

Yevlax şəhər stadionunda keçirilən qarşılaşma başa çatdıqdan dərhal sonra futbolçularla azarkeşlər arasında gərginlik yaranıb. Futbolçular tribunaya doğru hərəkət ediblər.

Polislərin və ətrafdakı şəxslərin müdaxiləsindən sonra sakitlik yaranıb

Qeyd edək ki, “Ağstafa Gəncləri” 3:0 hesablı qələbə sayəsində II Liqada yerini qoruyub.