BAKI, 29 may. TELEQRAF
Almaniya hökuməti 2026-cı ildə dövlət aparatının saxlanması üçün təxminən 89 milyon avro xərcləməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Focus Online” xəbər portalı “Yaşıllar”ın sorğusuna Nazirlər Kabinetinin cavabına istinadən məlumat yayıb.
Sənəddə bildirilir ki, hələ 2024-cü ildə Olaf Şolzun rəhbərlik etdiyi hökumətin dövründə komissarların xərcləri demək olar ki 69 milyon avro təşkil edirdi. Üstəlik, həmin ilin oktyabrında seçki kampaniyası zamanı indiki kansler Fridrix Merz hökumət nümayəndələri institutunu tamamilə ləğv etmək niyyətində olduğunu bəyan etmişdi. "Dövlət aparatı ixtisar edilməlidir"-deyə, o bildirmişdi. Qeyd etmişdi ki, kanslerlərin şişkin bürokratiyası var. Komissarlar əslində problemləri həll etməkdən daha çox yaradırlar".
Şolzin hökuməti dövründə komissarların sayı 43 olduğu halda, hazırda 24 nəfərdir. Beləliklə, komissarların sayı iki dəfə azaldılsa da xərcləri artıb.