BAKI, 29 may. TELEQRAF

Macarıstanın keçmiş baş naziri Viktor Orban Peter Magyarın rəhbərlik etdiyi ölkənin yeni hökumətini Rusiya ilə Ukrayna arasındakı münaqişədə bitərəf qalmağa çağırıb. O, həmçinin bildirib ki, Macarıstan Avropada militant əhval-ruhiyyəni dəstəkləməkdən çəkinməlidir.

Teleqraf xəbər verir ki, Orban bu açıqlamanı Rumıniyanın Qalati şəhərində PUA-nın yaşayış binasına çırpılmasından sonra verib.

Qeyd edək ki, Rəsmi Buxarest hadisəyə buna məsuliyyəti Moskvanın üzərinə qoyub.

"Bu hadisə müharibənin qonşu ölkələr üçün birbaşa təhlükə olduğunu təsdiqləyir. Ona görə də biz Macarıstan hökumətini əvvəlki neytrallıq siyasətinə riayət etməlidir"- deyə, Orban "Facebook" səhfəsində yazıb.