BAKI, 29 may. TELEQRAF

Çin Vaşinqton və Tehran arasındakı münaqişənin həllində zamin rolunu öz üzərinə götürə bilər.

Teleqraf xəbər verir ki, bunu İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının katibi Dehqani Firuzabadi ISNA xəbər agentliyinə verdiyi müsahibədə bildirib.

Firazabadi həmçinin bildirib ki, Hörmüz boğazı İranın yeni strateji alətidir.

"Şərtlər bizdən Hörmüz boğazı üzərində suveren nəzarəti həyata keçirməyimizi tələb edir. Boğaz Tehranın təzyiq vasitələrindən biridir. Hörmüz boğazının hüquqi taleyini İran və Oman müəyyən edir. İran Hörmüz boğazında milli təhlükəsizlik və beynəlxalq naviqasiya azadlığı arasında tarazlıq yaratmalıdır".