BAKI, 29 may. TELEQRAF

Artıq üçüncü dəfədir ki, Ermənistan parlamenti 2026-cı ilin son iclası üçün kvorum təmin edə bilmir.

Teleqraf xəbər verir ki, parlamentin təqdim etdiyi yayıma görə, iclasa 107 deputatdan yalnız 3-ü qeydiyyatdan keçib.

Mayın 27-də analoji mənzərə müşahidə olunub, mayın 26-da isə 5 deputat qeydiyyatdan keçmişdi.

Parlament sədrinin müavini Akop Arşakyan bildirib ki, deputatlar yeni hökumətin formalaşdırılmasında üçün ərazilərdə vətəndaşlar qarşısında hesabat verirlər.

O bildirib ki, qeydiyyat tələb olunan sayda deputat qeydə alınana qədər davam edəcək. İclasın gündəliyinə 35 məsələ, o cümlədən Ermənistanın “Milli Assambleyasının (parlamentin) reqlamenti” və “İnzibati-ərazi bölgüsü haqqında” qanuna dəyişikliklər daxildir.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək.Seçkilərdə 18 siyasi qüvvə - 16 partiya və 2 partiya bloku iştirak edir.