BAKI, 29 may. TELEQRAF
İranın Hörmüz boğazında gəmiçiliyə nəzarəti müvəqqəti deyil, daimi əsasda həyata keçirilir.
Teleqraf xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Ebrahim Əzizi "RİA Novosti" agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İran boğazın idarə olunmasını öz qaydaları və müəyyən etdiyi mexanizmlər əsasında həyata keçirir.
“Şübhəsiz ki, İran tərəfindən nəzarətin həyata keçirilməsi və idarəetmə mexanizmlərinin tətbiqi müvəqqəti deyil, daimi xarakter daşıyır”, - deyə parlamentari vurğulayıb.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtona sərf etməyən hər hansı razılaşmanın qəbul etdirilməsinə cəhd göstəriləcəyi təqdirdə İrana qarşı hücumların bərpa oluna biləcəyini bildirmişdi.