BAKI, 27 may. TELEQRAF
ABŞ-də bir sıra nüfuzlu respublikaçı qanunvericilər Prezident Donald Trump administrasiyasını İranla mümkün sülh razılaşmasını tələsik imzalamamaq barədə xəbərdar ediblər.
Teleqraf xəbər verir ki, “Politico” qəzetinin yaydığı məlumata görə, respublikaçılar Ağ evin Vaşinqton üçün əlverişsiz şərtlərlə razılaşmaya gedə biləcəyindən ehtiyat edirlər.
Nəşrdə qeyd olunur ki, Donald Trampın İranla sülh əldə etmək təşəbbüsü gözlənilmədən Respublikaçılar Partiyasındakı “sərt xətt” tərəfdarlarının müqaviməti ilə qarşılaşıb.
Respublikaçılar hesab edirlər ki, tələsik əldə ediləcək razılaşma İranın region üçün təhlükə yaratmaq və Hörmüz boğazında kommersiya gəmiçiliyini pozmaq imkanlarını saxlamasına səbəb ola bilər.
Məlumata görə, əsas mübahisəli məsələlərdən biri İranın nüvə proqramının gələcəyi, xüsusilə də yüksək zənginləşdirilmiş uran ehtiyatları və boğazda sərbəst gəmiçiliyin təmin olunmasıdır.
Qəzet yazır ki, bəzi nüfuzlu respublikaçılar administrasiyanı İranla danışıqlardan və təzyiq siyasətindən imtina etməyə çağırırlar. Onların arasında Senatın Silahlı Qüvvələr Komitəsinin sədri, Missisipi ştatından senator Roger Wicker da var. O, daha əvvəl İrana qarşı bombardmanların bərpasına çağırış etmişdi.
Şimali Karolina ştatından senator Tom Tillis isə administrasiyanın İranla mümkün razılaşmalarla bağlı bir çox məsələyə aydınlıq gətirməli olduğunu bildirib.