BAKI, 20 may. TELEQRAF
Böyük Britaniyanın cənubundakı Solent boğazında yüksək səviyyədə toksik kimyəvi maddələr aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Nəşrin yazdığına görə, alimlər Solent boğazında torpaq, su və bütün dəniz qida zəncirində, o cümlədən qorunan ərazilərdə yüksək səviyyədə poliftorlu karbohidrogenlər müəyyən ediblər. Bu maddələr “əbədi kimyəvi maddələr” kimi tanınır.
Araşdırmada qeyd olunur ki, bəzi nümunələrdə çirklənmə səviyyəsi sahilyanı sular üçün təhlükəsiz hesab olunan həddi 13 dəfə üstələyib.
Məlumata görə, təhlükəli kimyəvi maddələr ətraf mühitə təmizləyici qurğulardan, kanalizasiya kollektorlarından, tullantı poliqonlarından və hərbi obyektlərdən yayıla bilər.