BAKI, 12 iyul. TELEQRAF
ABŞ müdafiə naziri Pit Heqset İrana qarşı həyata keçirilən yeni hərbi zərbələrin səbəbinin Tehranın səhv seçim etməsi ilə bağlı olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset "X" sosial şəbəkəsində paylaşım edib.
"İran səhv seçim etdi. İndi bunun bədəlini ödəyir", - deyə Heqset yazıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələri İrana qarşı yeni hərbi əməliyyata başlayıb. Məlumata görə, zərbələr əsasən Hörmüz boğazı ətrafındakı hədəflərə endirilir.
Bildirilir ki, hücumların hədəfləri hava hücumundan müdafiə sistemləri, radiolokasiya stansiyaları, eləcə də raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı və buraxıldığı obyektlərdir.