BAKI, 12 iyul. TELEQRAF
Fransada prezidentliyə namizəd Marin Le Pen seçki kampaniyasına ölkənin sənaye, səhiyyə, təhsil, təhlükəsizlik və suverenliyinin bərpasını hədəfləyən "Fransanın dirçəlişi" şüarı ilə start verəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Marin Le Pen "Journal du Dimanche" qəzetinə müsahibəsində danışıb.
Le Pen bildirib ki, kampaniyasının əsas məqsədi Fransanın hərtərəfli dirçəlişini təmin etməkdir.
"İlk növbədə söhbət Fransanın praktiki mənada dirçəlişindən gedir. Buraya sənayemizin, səhiyyə sistemimizin, məktəblərimizin, təhlükəsizliyimizin və suverenliyimizin bərpası daxildir", - deyə o vurğulayıb.