BAKI, 12 iyul. TELEQRAF

Kanadanın Toronto şəhərində baş verən silahlı insident nəticəsində iki nəfər həyatını itirib, daha beş nəfər isə güllə yarası alıb.

Teleqraf xəbər verir ki, bu barədə Toronto polisi məlumat yayıb.

Bildirilib ki, hadisə yerində iki nəfərin öldüyü təsdiqlənib, daha beş nəfər isə güllə yarası ilə xəstəxanaya çatdırılıb.

Polis təhlükəsizlik məqsədilə vətəndaşları hadisənin baş verdiyi ərazini dərhal tərk etməyə və hüquq-mühafizə orqanlarının göstərişlərinə əməl etməyə çağırıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.