BAKI, 12 iyul. TELEQRAF
ABŞ-nin İranda radiolokasiya stansiyalarını, raket və pilotsuz uçuş aparatları anbarlarını, eləcə də buraxılış qurğularını hədəf aldığı bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə Axios nəşrinin müxbiri Barak Ravid "X" sosial şəbəkəsində adının açıqlanmasını istəməyən amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ ordusunun zərbələri hava və dəniz müşahidəsi üçün nəzərdə tutulmuş radiolokasiya stansiyalarına, raket və pilotsuz uçuş aparatları anbarlarına, onların buraxılış meydançalarına, həmçinin zenit raket komplekslərinin buraxılış qurğularına yönəlib.
Xatırladaq ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında Kipr bayrağı altında üzən kommersiya gəmisinə hücuma cavab olaraq İrana qarşı hərbi zərbələr endirildiyini açıqlamışdı.