BAKI, 19 may. TELEQRAF
ABŞ hərbi kəşfiyyatı hesab edir ki, Ukraynanın Rusiyaya endirdiyi zərbələr koordinasiyalı xarakter daşımır və Moskvanın hərbi əməliyyatlarına ciddi təsir göstərmir.
Teleqraf xəbər verir ki, bu barədə Pentaqon, ABŞ Dövlət Departamenti və fəaliyyətini faktiki dayandırmış ABŞ Beynəlxalq İnkişaf Agentliyinin baş müfəttişlərinin hazırladığı hesabatda bildirilib.
ABŞ Konqresinə təqdim olunan və 2026-cı ilin yanvar-mart aylarını əhatə edən sənəddə qeyd olunur ki, Ukraynanın hücumlarında koordinasiya, yüksək intensivlik və Rusiyanın kritik hərbi infrastrukturuna yönəlmiş vahid strategiya müşahidə edilmir.
Hesabatda vurğulanır ki, bu səbəbdən həmin zərbələr Rusiyanın hərbi əməliyyatlar aparmaq imkanlarına operativ və ya strateji təsir göstərə bilmir.