BAKI, 12 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp vəfat edən senator Lindsi Qremin ölümündən əvvəl ona zəng etdiyini, Ukraynaya səfəri barədə danışdığını və uzun yolçuluqdan sonra özünü çox yorğun hiss etdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp CNN telekanalına müsahibəsində danışıb.
ABŞ Prezidenti bildirib ki, Lindsi Qrem ona ölümündən bir qədər əvvəl zəng edərək Ukraynaya səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
"Ötən gecə mənə zəng etdi. O, Ukraynadan yenicə qayıtmışdı və səfərinin çox yaxşı keçdiyini dedi. Mənə bu səfərdən danışdı", - deyə Tramp bildirib.
Onun sözlərinə görə, senator uzun səfərdən sonra özünü çox yorğun hiss etdiyini də etiraf edib.