BAKI, 12 iyul. TELEQRAF

İran rəsmiləri ABŞ hərbçilərinin Qeşm adasındakı hərbi hədəflərə azı 10 raket atdığını, hücum nəticəsində ölən və yaralanan olmadığını bildiriblər.

Teleqraf xəbər verir ki, bu barədə IRNA agentliyi Qeşm adasının qubernatoru Hüseyn Əmir Teymuriyə istinadən məlumat yayıb.

Qubernatorun sözlərinə görə, ABŞ qüvvələri adaya 10-11 raket atıb.

"Zərbələrin bütün hədəfləri hərbi obyektlər idi. Xoşbəxtlikdən, hücumlar nəticəsində insan tələfatı olmayıb", - deyə Hüseyn Əmir Teymuri bildirib.

Xatırladaq ki, bundan əvvəl Axios ABŞ Silahlı Qüvvələrinin Hörmüz boğazı ətrafında İranın hərbi hədəflərinə zərbələr endirdiyini yazmışdı.