BAKI, 12 iyul. TELEQRAF
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin mərhum senatoru Lindsi Qremin dəfn mərasimində iştirak etmək məqsədilə ABŞ-yə səfər etməyi nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə "Ynet" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Benyamin Netanyahu ABŞ-nin Cənubi Karolina ştatında keçiriləcək Lindsi Qremin dəfn mərasiminə qatılmaq imkanını dəyərləndirir.
Məlumata əsasən, səfər baş tutacağı təqdirdə, İsrailin Baş naziri ABŞ Prezidenti Donald Trampla da görüşə bilər.