BAKI, 19 may. TELEQRAF

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın dəniz blokadası başlayandan bəri 85 ticarət gəmisinin istiqamətinin dəyişdirildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsində yayılan məlumatında bildirilib.

“CENTCOM İran limanlarına qarşı ABŞ blokadasını ciddi şəkildə həyata keçirməyə davam edir. ABŞ Silahlı Qüvvələri indiyədək 85 ticarət gəmisinin istiqamətini dəyişib”, - açıqlamada qeyd olunub.

Məlumata görə, ABŞ hərbi qüvvələri İranın dəniz blokadasına aprelin 13-də başlayıb. CENTCOM bəyan edib ki, İran limanlarına doğru hərəkət edən və ya ölkə sahillərindən ayrılmağa çalışan bütün gəmilərin hərəkəti nəzarətdə saxlanılacaq.