BAKI, 19 may. TELEQRAF
İranın İsfahan şəhərinin səmasında hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.
Teleqraf xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, hava hücumundan müdafiə sistemləri İranın Keşm adası üzərində də işə düşüb.
“Tasnim” agentliyi isə pilotsuz uçuş aparatlarının hücumunun dəf edildiyini bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranla mümkün razılaşma naminə hazırda heç bir güzəştə getməyə hazır olmadığını açıqlamışdı.