BAKI, 17 may. TELEQRAF

ABŞ Polşa ərazisindəki hərbi kontingentini genişləndirməyə davam edir.

Teleqraf xəbər verir ki, bu barədə Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Bartoş Qrodetski məlumat verib.

Onun sözlərinə görə, ABŞ-nin Texas ştatındakı Fort-Hud bazasından Birinci Süvari diviziyasının bölmələrinin Polşaya rotasiyası həyata keçirilir.

Qrodetski bildirib ki, planlaşdırılan kontingentin 20 faizindən çoxu və hərbi texnikanın təxminən 70 faizi artıq Polşaya çatdırılıb.

Məlumata görə, ABŞ Almaniyanın Vilsek şəhərində yerləşən İkinci Süvari alayını da Polşaya köçürməyi nəzərdən keçirir.

Qeyd olunub ki, hazırda ABŞ hərbçiləri Polşada bir neçə əməliyyat çərçivəsində fəaliyyət göstərir və onların sayı təxminən 10 min nəfər civarındadır.