BAKI, 17 may. TELEQRAF
ABŞ Konqresinin Ukraynaya hərbi yardım üçün əlavə maliyyələşdirməni təsdiqləməsi ehtimalı azdır.
Teleqraf xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Brayan Mast (Florida ştatından respublikaçı) bildirib.
"İnanmıram ki, Ukraynanın əlavə təhlükəsizlik maliyyəsi üçün milyardlarla dollar ayrılsın. Biz sülh üçün danışıqlar aparmaqdan məmnunuq", - deyə konqresmen qeyd edib.
Mast hesab edir ki, ABŞ-nin Avropadakı müttəfiqləri Kiyevə dəstəyini artırmalıdırlar: "Avropa öz həyətini müdafiə etməlidir".