BAKI, 16 may. TELEQRAF
Şənbə günü axşam İsrailin bir neçə şəhərində yüzlərlə insan hökumət əleyhinə mitinqlər üçün küçələrə çıxıb.
Teleqraf xəbər verir ki, Qüdsdə polis iki etirazçını həbs edib və nümayişi dağıtmaq üçün güc tətbiq edib.
"Aksiya etiraz yürüşü kimi başlayıb, lakin küçələrdə nəqliyyatın hərəkətinin dayandırılması ilə nəticələnib. Aksiyaçılar polizin dağılışmaq əmrinə tabe olmayıblar. Bundan sonra polis ictimai asayişi bərpa etmək və nəqliyyatın hərəkətini açmaq üçün güc tətbiq etməyə başlayıb" - polisin məlumatında qeyd olunur.
Aksiya iştirakçıları digər məsələlərlə yanaşı, 7 oktyabr 2023-cü ildə Qəzza zolağından HƏMAS yaraqlılarının İsrailə hücumunun səbəblərini araşdırmaq üçün hökumət komissiyasının yaradılmasını və ölkədə erkən seçkilərin keçirilməsini tələb edirlər.