İtaliyanın şimalındakı Modena şəhərində sürücü avtomobili bir qrup insanın üzərinə çırpıb, nəticədə azı 10 nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə "Il Giornale" qəzeti məlumat verib .

Avtomobili 31 yaşlı kişi idarə edib. Saxlanıldıqdan sonra cinayətkar hadisə yerindən qaçmağa cəhd edib.

Xəsarət alanların dəqiq sayı müəyyənləşdirilir. "Il Giornale" qəzetinin məlumatına görə, hadisə nəticəsində qurbanlardan biri hər iki ayağını itirib.

“Gazetta Di Parma” qəzetinin məlumatına görə, sürücü “Citroën C3” markalı avtomobil idarə edirmiş.