BAKI, 16 may. TELEQRAF

Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl-Sani Yunanıstanın paytaxtı Afinada keçirilən Avropa-Körfəz Geosiyasət və İnvestisiya Alyansının birinci sammiti çərçivəsində Küveytin Baş naziri Məhəmməd Sabah Əl-Salim Əl-Sabah ilə danışıqlar aparıb.

Teleqraf "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, tərəflər İran və ABŞ arasında atəşkəs rejimini və gərginliyin azaldılması səylərini müzakirə ediblər.

Qətərin Baş naziri "bütün tərəflərin davam edən vasitəçilik səylərinə müsbət reaksiya verməsinin vacibliyini" vurğulayıb.