BAKI, 16 may. TELEQRAF

Fransa hakimiyyəti Eyfel qülləsinə icazəsiz Fələstin bayrağı asmaqda şübhəli bilinən altı nəfəri həbs edib.

Teleqraf xəbər verir ki, iqlim dəyişikliyi hərəkatı olan "Extinction Rebellion France"nin bir qrup fəalı cümə günü günortadan sonra qüllənin birinci mərtəbəsinə Fələstin bayrağı asıblar.

Təşkilatın nümayəndəsi bildirib ki, bu yolla onlar fələstinlilərə dəstək mesajı göndəriblər. Hərəkat İsraili Qəzzada kütləvi qətllər törətməkdə, eləcə də Fələstin torpaqlarında zeytun ağaclarının kökündən qoparılması da daxil olmaqla ekosiddə ittiham edirlər.

Tədbir 1948-ci ildə İsrail dövlətinin yaradılması günündə keçirilib.