BAKI, 16 may. TELEQRAF

Britaniyanın keçmiş səhiyyə naziri Ues Stritinq hakim Leyborist Partiyasının lideri və Baş nazir Keyr Starmeri əvəz etmək üçün seçki kampaniyasında iştirak edəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, siyasətçi Londonda keçirilən mətbuat konfransında "Bizə ən yaxşı namizədlərlə düzgün seçki prosesinə ehtiyacımız var və mən də bunun bir hissəsi olacağam" deyə bildirib.

Keçmiş nazir necə qalib gələcəyini bildiyini bəyan edib: "Əgər ən yüksək vəzifə üçün kifayət qədər yaxşı olduğunuza inanırsınızsa, ölkə üçün düzgün ideyalarınızın olduğunu düşünürsünüzsə, o zaman seçkilərdə qalib gəlməyə hazır olmalısınız", - deyə Stritinq bildirib.

Qeyd edək ki, 7 may tarixində keçirilən yerli özünüidarəetmə seçkilərindən sonra Böyük Britaniyada siyasi böhran baş verib. Seçkilərdən sonra Leyboristlər Partiyası ilk dəfə Uels Parlamentinə nəzarəti itirib.