BAKI, 16 may. TELEQRAF

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, Hörmüz boğazına tətbiq edilən blokada çərçivəsində indiyədək hərbi-dəniz qüvvələri 78 kommersiya gəmisini “istiqamətləndirib”, 4 gəmini isə sıradan çıxarıb.

Teleqraf xəbər verir ki, ABŞ ordusu 13 apreldə İrana qarşı dəniz blokadasına başlayıb. ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasındakı limanlara gedən bütün gəmilərin, eləcə də sahillərini tərk etməyə çalışan gəmilərin hərəkətini bloklamaq niyyətində olduğunu bildirib.

İranın BMT-dəki Daimi Nümayəndəsi Əmir Səid İrəvani qeyd edib ki, ABŞ ticarət gəmilərinin ələ keçirilməsi və heyətlərin saxlanılması faktiki olaraq quldurluqdur.