BAKI, 16 may. TELEQRAF
Banqkokda dəmir yolu keçidində yük qatarı, sərnişin avtobusu və minik avtomobillərinin toqquşması nəticəsində yaralananların sayı 32-yə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Taylandın "PBS" agentliyi məlumat yayıb.
8 nəfərin öldüyü qəzanın ilkin səbəbi avtobusun dəmir yolu relslərində dayanarkən əyləc sisteminin bağlanması olub.